Əlaqə Arxiv
news Image
2017.06.08
19:30
| A A A
Məşhur amerikalı investor 2018-ci ilə qlobal iqtisadi böhran xəbərdarlığı edib
Rogers Holdingin sahibi Cim Rocers böhranın dünyanın istənilən nöqtəsində başlaya biləcəyini deyib

Qlobal iqtisad böhran 2018-ci ildə, hətta 2017-ci ilin sonunda başlaya bilər. 

"Movqe" xəbər verir ki, bu açıqlama ilə "Rambler News Service"ə müsahibəsində ABŞ-dan olan məşhur investor, "Rogers Holding"in sahibi Cim Rocers çıxış edib. 
Onun sözlərinə görə, iqtisadi tənəzzüldən ehtiyatlanan insanlar ABŞ dollarını etibarlı yatırım hesab edərək almağa başlayacaq: "Nəticədə Amerika valyutasının məzənnəsi kəskin artacaq, sonra isə tədricən düşəcək. Bunun ardınca investorlar maliyyə alətləri axtarışına çıxacaq və Rusiya rublu bunlardan biri olacaq. Bu isə rublun dollar qarşısında məzənnəsinin güclənməsinə səbəb olacaq". 
İnvestor onu da qeyd edib ki, böhran dünyanın istənilən nöqtəsində başlaya bilər:  "Bu, özünün Yunanıstan iqtisadiyyatının çökməsi, ABŞ-da pensiya sistemi ilə bağlı problemlərin ortaya çıxması, Avropa və yaxud Çin maliyyə institutlarının müflis olması formasında göstərə bilər". 

Sizin Reklam Yeriniz