Əlaqə Arxiv
news Image
2017.06.21
12:46
| A A A
İnternetdən sifariş ver, yoxla, pulunu sonra ödə

ABŞ-ın e-ticarət nəhəngi olan "Amazon" "Prime Wardrobe" adıyla istifadəçilərinə yeni xidmət təklif edir. Movqe.az xəbər verir ki, şirkətin yeni xidmətinə görə, geyim məhsullarının pulu ödənilməmiş yoxlanılması mümkün olacaq. İstehlakçlar yoxladıqldan sonra istədikləri məhsulları sifariş edə biləcəklər. "Amazon" dan verilən məlumata görə, istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksesuar kateqoriyalarında istədikləri ən az üç məhsulu seçə bilərlər. Məhsulların  təqdimatından sonra istifadəçilərə məhsulları sınamaq üçün 7 gün müddət veriləcək. İstifadəçilər bəyənmədikləri məhsulları geri göndərə biləcəklər. 

Qeyd edək ki, bu xidmət çərçivəsində qadın, kişi və uşaqlar üçün 100 milyondan çox məhsul olacaq. Calvin Klein, Hugo Boss, Lacoste, Adidas və Levi"s kimi dünyaca məşhur markaların məhsullarından  seçmək imkanı veriləcək. İstifadəçilər sifariş etdikləri məhsulların 3 və ya 4-nü aldıqları halda 10, daha çox məhsul bəyəndiyi halda isə 20 faiz endirim qazanacaqlar. Firmanın yaxın zamanlarda başladacağı xidmətdən "Amazon Prime" üzvləri pulsuz faydalanacaqlar.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz