Əlaqə Arxiv
news Image
2017.06.30
20:30
| A A A
Azərbaycan Türkiyəyə qaz ixracını 4% azaldıb

2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr "Şahdəniz-1" yatağından hasil olunan qaz ixrac edib.

 
"APA-Economics" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.
 
Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxalının 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, apreldə Türkiyə 4 mlrd. 250,26 mln. kubmetr (19,61% artım) qaz idxal edib.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
 
Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub.
 
"Şahdəniz" yatağının işlənməsi üzrə saziş 1996-cı ilin iyunun 4-də Bakıda imzalanıb və oktyabr ayının 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihənin səhmdarları bunlardır: BP (operator, 28,8%), "Petronas" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%).
 

Sizin Reklam Yeriniz