Əlaqə Arxiv
news Image
2017.08.31
21:30
| A A A
"Forbes" son 100 ilin ən nüfuzlu rusiyalılarının siyahısını açıqlayıb
Tarixdə mühüm rol oynamış yüz rusiyalı arasına Yuri Qaqarin, İosif Stalin, Vladimir Putin daxil olub

 "Forbes" jurnalı 1917-ci ildən 2017-ci ilə qədər olan tarixdə ən nüfuzlu rusiyalıların siyahısını tərtib edib.

"Movqe" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, tarixdə mühüm rol oynamış yüz rusiyalı arasına Yuri Qaqarin, İosif Stalin, Vladimir Putin, Alla Puqaçova, Leonid Brejnev və Mixail Qorbaçov daxil olub.
Siyahıda hazırda yaşayanlardan 21 nəfər var. Onlar arsında balet ulduzu Mixail Barışnikovu, fizik Jores Alferovu, "VKontakte" və "Telegram"ın yaradıcısı Pavel Durovu, rejissor Nikita Mixalkovu, xokkeyçi Aleksandr Oveçkin və Vladislav Tretyakı, riyaziyyatçı Qriqori Perelmanı, sabiq maliyyə naziri Aleksey Kudrini və başqaları yer alıb.
Qeyd edilib ki, siyahıya daxil olanlar arasında ən gənci Ethereum kriptovalyutasını yaradan Vitalik Buterindir - 23 yaş.
Siyahını müxtəlif sahələrin ekspertləri tərtib edib, xalq səsverməsinin liderləri isə Yuri Qaqarin, İosif Stalin və Vladimir Putin olub.

Sizin Reklam Yeriniz