Əlaqə Arxiv
news Image
2017.10.16
13:22
| A A A
SOCAR ötən ay büdcəyə 117 mln. manatdan artıq vəsait ödəyib

SOCAR ötən ay dövlət büdcəsinə 117 mln. manatdan artıq vəsait ödəyib.

Movqe.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib.

Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4,9 faiz çoxdur.

Sizin Reklam Yeriniz