Əlaqə Arxiv
news Image
2017.10.28
07:00
| A A A
Xəzər üzərindən Azərbaycanla əməkdaşlığa maraq artır
Rəşad Həsənov: “Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın tərəqqi strategiyası baxımından əhəmiyyətlidir” Sədrəddin Soltan: “Xəzər yalnız karbohirdogen ehtiyatı ilə zəngin deyil, onun həm də çox böyük turizm potensialı var”

“İran Xəzəryanı ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi və təhlükəsizliyinin qorunması istiqamətində ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. Bu sözləri İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının sədri Qulamhüseyn Şafeyi deyib: “Azərbaycanın və İranın dəniz sahilində lazımi infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib yük və sərnişindaşımasını həyata keçirmək olar. Azərbaycan və İranın Xəzər dənizi sahilindəki limanları arasında əlaqələrin qurulması iqtisadiyyat, turizm, nəqliyyat sahələrindəki əməkdaşlığa böyük təkan verər. Bu əlaqələr hər iki dövlət üçün sərfəli olar“. Palata sədri Azərbaycanın geniş iqtisadi potensiala malik olduğunu və qeyri-neft sektorunda həyata keçirilən islahatların gələcəkdə ölkəyə iqtisadi səmərə verəcəyini qeyd edib. 

Qeyd edək ki, Rusiya da Xəzər vasitəsilə Azərbaycana yük və sənişin daşınmasına hazırlaşır. Mütəxəssislərin fikrincə, bu marşrut ölkəmiz siyasi, həm də iqtisadi üstünlüklər qazandıracaq. Xüsusən də turizm baxımından böyük əhəmiyyəti var. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Azərbaycan regionda tranzit mərkəzə çevrilmək istəyir: “Müstəqilliyin ilk illərindən bəri bu mövqeyi ortaya qoyub. Bu istiqamətdə iri layihələr həyata keçirilir. Layhinənin ən böyük hissəsindən sayılan Bakı-Tiflis-Qars dəmir yolunun açılışı gözlənilir. Bu, Azərbaycan üzərində tranzit daşınmalarının həcmini əhəmiyyətli səviyyədə artıracaq. 
Eyni zamanda Ələt Ticarə Limanın istifadəyə verilməsi Azərbaycanın dəniz yolu ilə daşımalarının həcmini artıracaq. Önəmli məqamlardan biri odur ki, Azərbaycanın Xəzər hövzəsi ölkələri ilə əməkdaşlığı mümkün qədər yüksək səviyyədə təşkil edilsin. İran kimi böyük ölkənin bu prosesdə maraqlı olması, Xəzərin tranzit imkanlarının genişlənidirlməsində iştirak etməsi növbəti dövrlərdə Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi strateji layihələrin effektivliyini daha da artıra bilər. Digər tərəfdən isə ölkənin tranzit mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Belə ki, Avropa və Asiya ölkələri müxtəlif yollardan istifadə edərək, son olaraq Azərbaycandan keçməklə yüklərin saşınmasını təmin edə bilərlər. Bu, onlara müqayisəli yolların təklif edilməsi üçün şərait yaradır. Beləliklə də Azərbaycan yarannmış imkanlardan maksimum istifadə etmək imkanı əldə edir. 
Digər tərəfdən Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın tərəqqi strategiyası baxımından da əhəmiyyətlidir. Bu əməkdaşlıq Xəzərin statusunun müəyyən edilməsi baxımından da müəyyən qədər əhəmiyyətli ola bilər. Turizm baxımından da əhəmiyyətlidir. O baxımdan ki, optimal daşıma vasitəsi sayılan dəniz daşımaları İrandan, Orta Asiya ölkələrindən Azərbaycana səfərlərin dəyəri aşağı düşsün. Bu isə turizm xərclərini azaltmaqla, Azərbaycana turist axınını sürətləndirə bilər”.
Yaxın Şərq məsələləri üzrə ekspert Sədrəddin Soltan bildirdi ki, su nəqliyyatı ən sərfəli vasitədir: “İranla Azərbaycan arasında Xəzər vasitəsi ilə sərnişin və yük daşımaları çoxdan mövcuddur. Bunu gələcəkdə inkişaf etdirilməsi hər iki tərəfin xeyirinə olardı. 
Əlbəttə, bu məsələdə ilk növbədə təhlükəsizlik tədbirləri daha çox nəzərə alınmalıdır. Dəniz səyahəti isə həmişə insanları özünə cəlb edib. Bu baxımdan gəmi ilə maraqlı səyahətin təşkili hər iki ölkənin vətəndaşları tərəfindən maraqla qarşılanar”. 
Sədrəddin Soltan əlavə etdi ki, Xəzəryanı dövlətlərin başçılarının sammitində bu su hövzəsi silahzılaşdırılmış bölgə elan edilib: “Təəssüf ki, Rusiya Suriyadakı əməliyyatlarda iştirak edən zaman Xəzərdən istifadə edib. Bunun başqa hallarda təkrarlanacağına isə təminat hələ ki yoxdur. Çünki bir sıra dövlətlər beynəlxalq hüquqa məhəl qoymadan imzaladıqları müqaviləni ayaq altına atırlar. Son illər bunu daha tez-tez müşahidə etmək olur. Bu baxımdan perspektivdə Xəzərdə hərbiçilərin sayının azaldılması da gündəliyə çıxarıla bilər. Çünki sərnişin və yükdaşıma, turzimin inkişafı üçün bu, çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Xəzər 5 ölkənin əhatəsindədir. Bunu tərəflərin dəyərləndirməsi daha məqsəduyğun olar. Başqa sözlə, Xəzər yalnız karbohirdogen ehtiyatı ilə zəngin deyil, onun həm də çox böyük turizm potensialı var”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz