Əlaqə Arxiv
news Image
2013.03.09
16:57
| A A A
Azərbaycan neftinin qiymətləri: 4-8 mart həftəsinin yekunları
Ötən həftə, 4-8 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 113,65 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,28 dollar/barel azdır.

Movqe.az-in məlumatına görə, 4-8 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 114,08, minimum isə 112,69 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

4-8 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,83 dollar/barel azdır.

4-8 mart həftəsində URALS-ın qiyməti maksimum 107,35, minimum isə 105,99 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 110,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 2,49 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,55, minimum isə 108,97 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.
Sizin Reklam Yeriniz