Əlaqə Arxiv
news Image
2017.11.18
11:00
| A A A
İqtisadi, sosial, beynəlxalq siyasət sahələrində mühüm nəticələr
Azərbaycanın iqtisadiyyat üzrə qazandığı göstəriciləri həmişə olduğu kimi bu il də yeni nailiyyət adlandırılmağa layiqdir

“Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”. Bunu Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşündə deyib.

Dövlət başçısı hər dəfə hökumətin gördüyü işlər barədə danışanda qətiyyətlə qeyd edir ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Ölkədə sosial yönümlü layihələr o qədər çoxsaylı və genişdir ki, artıq bu cür fəaliyyət həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə prezidentinin, yaxud birinci vitse-prezidentin iştirakı ilə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, sağlamlığının qorunmasına xidmət edən yüzlərlə yeni obyektlərin açılışı olur. Müharibə şəraitində yaşayan ölkədə bu cür yüksək sürətlə irəliləmək asan iş deyil.

Dünyada neftin qiymətinin azalması fonunda bu məhsulun ixracatçısı kimi tanınan Azərbaycanda iqtisadi gerilik nəinki baş verdi, hətta gözlənildiyinin əksinə olaraq ölkə böhranı ən az itki ilə qarşılayan 4 dövlətdən biri kimi dünya iqtisadçılarının diqqətini cəlb etdi. Bu, gərgin zəhmət və qətiyyətli iradənin sayəsində mümkün oldu. Faktlar sübut edir ki, qarşıya çıxan çətinliklər dövlətimizi getdiyi yoldan döndərə bilmir, əhalinin güzəranının yüksək səviyyəsini saxlamaq üçün problemlərin sosial yanaşma metodu ilə aradan qaldırmasıa səy göstərilir.

Son 14 il ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar öz sürəti və əhatəliliyi ilə cahanşümul xarakter daşıyıb. Ölkəmizin iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq 10 dəfədən çox azalaraq 5 faizə düşüb. Dövlətimizin xarici borcu ümumi daxili məhsulun 20 faizindən aşağıdır. Valyuta ehtiyatlarımız ilə ümumi daxili məhsulumuzun miqdarı isə ekvivalentdir. Bunlar yüksək göstəricilərdir və hər bir dövlət buna həsəd apara bilər.

Prezident İlham Əliyevin Xırdalan şəhərinə bu günlərdə etdiyi səfəri zamanı açılışında iştirak etdiyi sosial obyektlərin hamısı əhalinin yaşayışının yüksəldilməsi istiqamətində inşa edilib. Bu şəhərdə ölkəmizdə say etibarılə 42-ci Olimpiya Mərkəzi istifadəyə verilib. Bu mərkəzlər vətəndaşlarımızın gümrahlığının qorunmasında, gənc nəslin sağlam və şux böyüməsində əhəmiyyətli rol oynayırlar. Mərkəzin açılışında ictimaiyyətlə görüşən dövlət başçısı deyib: “Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir”.

İndi 2017-ci ilin son aylarını yaşayırıq. Əhali il ərzində görülən işləri yekunlaşdırır. Statistik məlumatlar göstərir ki, Azərbaycanın iqtisadiyyat üzrə qazandığı göstəriciləri həmişə olduğu kimi bu il də yeni nailiyyət adlandırılmağa layiqdir. Qeyri-neft sektorunda sahibkarlığın artması, kəndlilərin yeni germer təsərrüfatlarının yaradılmasında iştirakı və yüksək məhsuldarlıq əldə edilməsi ölkədəki iqtisdi artımı xeyli yüksəldib. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində sosial ayırmalar ötən ildəkindən əhəmiyyətli dərəcədə çoxdur. Bu isə əmək haqqının və pensiyaların yeni artımını stimullaşdıran başlıca amildir. Demək, əhalini yeni ildə yeni, daha yüksək yaşayış tərzi gözləyir.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz