Əlaqə Arxiv
news Image
2017.11.21
09:40
| A A A
Azərbaycanın iqtisadi potensialı və inkişaf sürəti Avropanı özünəcəlb edir
Aİ iqtisadi müstəvidə ölkəmizlə əməkdaşlıığı genişləndirməyə xüsusi diqqət ayırır

Prezidenti İlham Əliyevin vurğuladığı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Bu, o deməkdir ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir, ölkəmiz ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunur, iqtisadi əlaqələrin inkişafı sahəsində böyük nailiyyətlər əldə edilir. Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi digər ölkələrin diqqətini cəlb edir və onlar ölkəmizlə əməkdaşlığa ciddi önəm verirlər.  

Aİ ölkələri bu gün Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Son 14 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu ittifaqın üzv dövlətlərinin payına düşür.  Ölkə başçısının  sərəncamı ilə Aİ ilə əlaqələrin daha da gücləndirilməsi, səmərəli və əlaqələndirilən işin təmin edilməsi məqsədilə yaradılmış Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası Azərbaycanla Ai arasında müvafiq qanunvericilik bazasının uyğunlaşdırılması sahəsində səmərəli işlər görür. Aİ-Azərbaycan biznes forumunuun iştirakçısı olmuş Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumanın fikrincə, Azərbaycanda iqtisadi islahatlar, ətraf mühit texnologiyaları, nəqliyyat, logistika və digər sektorlara aid bir çox mövzular Aİ ölkələri və Azərbaycan şirkətləri arasında əlaqələrin daha da güclənməsinə kömək edir. Aİ-nin Şərq Qonşuluğu üzrə direktoru Lourens Mereditə görə, Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur, çünki, Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. 
Son bir ilin tcarət dövriyyəsi heyrətamiz şəkildə sürətlə artır. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda hazırda Aİ ölkələrinin 1300-dən çox şirkəti fəaliyyət göstərir. Bu qurumun 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələrinin imzalanması, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiyanın yaradılması Avropanın ölkəmizə göstərdiyi iqtisadi marağın təcəssümüdür. 
Hazırkı dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı əhəmiyyətli rol şübhəsizdir. Həm də bu iş Qərb ilə nəhəng Rusiya arasında gərginləşən münasibətlərin fonunda baş verir. Ölkəmiz Bakı-Tiflis-Ceyhan layihəsi üzrə Aİ ilə əməkdaşlıq edir. Tikintisi uğurla davam edən “Cənub” qaz dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığın ən uğurlu nümunələrindəndir. Bu layihə “dar gündə dostun əlindən tutmaq” qədər Avropa üçün önəmlidir. 
Aİ ölkələri respublikamızda yaradılan sənaye parklarına investisiya qoymaqla tək paytaxt Bakıda deyil, regionlarda da müvafiq proqramlar həyata keçirir. Bakı-Tiflis-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, Azad Ticarət Zonasının qurulması və digər layihələr daxildir. Avropa İttifaqının Azərbaycanla belə geniş miqyasda iqtisadi əlaqələr qurması ölkəmizin inkişafının artıq müəyyən mütərəqqi səviyyəyə çatması və dünya standartlarına cavab verməsidir. Üstəlik, geostrateji maraqların toqquşduğu coğrafi ərazidə yerləşməsi, regionun siyasi lideri funksiyasını daşıması və ən varlı ölkəsi olması da bu əlaqələrin qaçılmazlığını təmin edir.
N.NOVRUZ
 

 

Sizin Reklam Yeriniz