Əlaqə Arxiv
news Image
2017.12.13
09:30
| A A A
Azərbaycanın iqtisadi siyasəti onun nüfuzunu artırırır
Avropanın enerji təhlükəsizliyinin bir xətti ölkəmizdən keçir

Uzun illərdir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdərək qlobal enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bunun sayəsində ölkəmizin zəngin karbohidrogen ehtiyatları daxili tələbatı tam ödəməklə yanaşı Avropa İttifaqının enerji təhlükəsizliyinin yaranmasında da mühüm rol oynayır. 

Bakı-Tiflis-Ceyhan neft kəməri hesabına artıq bir sıra ölkələrdə, o cümlədən Aİ-yə üzv dövlətlərdə neftayırma zavodları tikilmiş və uğurla fəaliyyət göstərir. Lakin Azərbaycan yalnız bununla kifayətlənmir. Bu gün məhz Azərbaycanın öz təşəbbüsü ilə həyata keçirilən yeni layihələr ölkəmizin potensial qaz təchizatçısı olması haqda Qərbdə şəriksiz imic formalaşdırıb. Söhbət işə düşməsinə 1-2 il qalmış TANAP və TAP qaz kəmərlərindən gedir. Bu kəmərlər “Cənub” qaz dəhlizi layihəsini tamamlamaqla Avropanın enerji təhlükəsizliyi strategiyasına xüsusi töhfə vermiş olacaq.  
Artıq xeyli vaxtdır ki, Avropa enerji təhlükəsizliyi üçün səylərini artırıb. Aİ-nin Rusiya ilə münasibətləri kəskinləşəndən və məcbur olub bu ölkəyə sanksiyalar tətbiq etdiyindən yeni mənbələr axtarışına çıxıb. Rusiyanın təşəbbüsü ilə çəkilən “Şimal axını” layihəsi də sanksiyalar ucbatəndan dayanıb. Bitirilən mövqelərin yeri mütləq doldurulmalı idi. Bu vaxt Azərbaycanın təşəbbüsü ilə TANAP (TransAnadolu Pipeline) qaz kəməri ideyası ortaya çıxdı. Bu layihənin reallaşdırılması üçün siyasi və iqtisadi əsaslar yaradılandan sonra onun ardı kimi TAP (Transadriatik Pipeline) yarandı. Bu ideyalar iqtisadi maraqların təmin edilməsi baxımından güclü olmaqla yanaşı həm də Avropanın siyasi strategiyasına təpər oldu.    
Yeddi ildən artıqdır ki, “Şahdəniz”  yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan və Türkiyəyə,  oradan isə Yunanıstana ixrac olunur. Sözügedən yatağın qaz ehtiyatları ilə zəngin olması səbəbindən layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə zərurət yaranıb və bu zərurət yeni ideyalara təkan verib. Prezident İlham Əliyev bu layihələrin iqtisadi səmərəliliyi barədə deyib: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq”. 
Belə bir inamla işə başlayan Azərbaycan tərəfi öz təşəbbüsünün qarantı olaraq verdiyi vədə layiqincə əməl edib və kəmərlərin tikintisinin təməlini bilavasitə özü qoyaraq hökumətləri və biznes dairələrini bu layihəyə cəlb edə bilib. Ona görə ki, layihə digər tərəfdən Avropanın qaz təchizatının şəxələndirilməsi siyasətinə də dəstək olub. Məsələn, bu layiohələr üzrə tikinti başa çatandan sonra təkcə Bolqarıstan 2020-ci ildə qaza olan tələbatının 33 faizini Azərbaycan qazı hesabına ödəyəcək. 
Layihələr üzrə işlər böyük həcmdə yerinə yetirilib. Bəzi sahələrdə işlərin 95 faizə qədəri, digərlərində 50 faizdən çoxu yerinə yetirilib. Tərəflər yeni qaz dəhlizinin fəaliyyətə başlayacağı günü səbirsizliklə gözləyirlər. Ancaq layihənin səmərəliliyi işə başlamazdan əvvəl özünü təsdiq etməyə başlayıb. Belə ki, Orta Asiya qazının bu kəmərlər vasitəsilə Avropaya ötürülməsi ideyası ortaya çıxıb. Demək, Azərbaycan yaxın gələcəkdə qaz tədarükü üzrə tranzit ölkə statusunu ala bilər. Çünki, İraq, İran və İsrail də öz “mavi yanacaq” məhsulunun “Cənub” qaz dəhlizi ilə nəqli barədə fikirləşməyə başlayıblar. Türkmənistan qazının perspektivdə Azərbaycan üzərindən Aİ-yə göndərilməsi fikri isə çoxdan avropalıların fikrini məşğul edir.  Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir. Azərbaycandakı makroiqtisadi sabitliyin olması səbəbindən  Avropa Birliyi ölkəmizlə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətini gizlətmir. Rusiya qazından asılılığın aradan qaldırılması üçün bu istiqamət böyük əhəmiyyətə malikdir. Hələ bir neçə il əvvəl ABŞ ilə Avropa İttifaqı arasında keçirilən zirvə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında Avropa Komissiyasının o vaxtkı prezidenti Joze Manuel Barrozu Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq demişdi:  “Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün “Cənub qaz dəhlizi” vasitəsi ilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq”.
N.NOVRUZ

Sizin Reklam Yeriniz