Əlaqə Arxiv
news Image
2017.12.12
16:28
| A A A
"Azərsun": Ən ucuz qiymətə təklif edilən Zelandiya kərə yağı bizə məxsusdur

"Azərsun Holdinq", mətbuatda ölkə bazarında satışa çıxarılan kərə yağlarının qiymətləri ilə bağlı xəbərlərə cavab verib.

Holdinqdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:

 

- “Azərsun Holdinq”ə məxsus “Newland” markası hazırda bazarda ən ucuz qiymətə təklif edilən kərə yağıdır. 100 faiz təbii Yeni Zelandiya məhsulu olan bu kərə yağı ən yüksək keyfiyyət tələblərinə uyğun olaraq adıçəkilən Şirkətlər Qrupuna məxsus Bakı Qida və Yağ Fabrikində qablaşdırılaraq istehlakçılara 1 kiloqramı 16 manata təklif edilir və ölkə bazarında böyük rəğbətlə qarşılanır.

"Azərsun Holdinq"dən verilən məlumata görə, holdinqin kərə yağı bazarında payı cəmi 5% civarındadır. Xəbər verildiyi kimi, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumu 3 dəfə azaldılaraq 15 faizidən 5%-ə endirilib.  Qərar Dekabrın 1-dən qüvvəyə minib. Hazırda idxalçılar köhnə rüsumlar ilə idxal etdikləri yağların satışını həyata keçirirlər.

Sizin Reklam Yeriniz