Əlaqə Arxiv
news Image
2017.12.13
15:06
| A A A
Nazir: "Statoil" hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq"

Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, F.Qureyşi Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdırıb. Azərbaycanda 25 illik fəaliyyəti ərzində "Statoil" şirkəti iləEnergetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. "Statoil" şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhanboru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. "Statoil" şirkətinin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.


P.Şahbazov müstəqilliyin ilk illərindən "Statoil" şirkətinin Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr "Statoil" şirkətinin hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcək. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

APA

Sizin Reklam Yeriniz