Əlaqə Arxiv
news Image
2017.12.14
09:30
| A A A
Qeyri-neft sektoru 2017-ci ilin iqtisadi hesabatının brendidir
İxracın idxalı üstələməsi hökumətin apardığı iqtisadi siyasətin məntiqi nəticəsidir

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl siyasətin gətirdiyi bəhrələr uğurla davam edir. Bu gün neftdən asılılıq sürətlə azalır. Neft-qaz sektoru ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olsa da qeyri-neft sektorunda aparılmış ciddi islahatlar sayəsində ixrac kəskin artıb. 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 20 milyard 291,7 milyon dollar olub. Dövlət Gömrük Komitəsinin 11 aylıq hesabatında bildirilir ki, ixracın həcmi 12 milyard 500,9 milyon dollar, idxalın həcmi 7 milyard 790,7 milyon ABŞ dollarıdır. Bu o deməkdir ki, ixrac idxalı 4 milyard 710,2 milyon dollar üstələyib. On bir ayda 183 ölkə Azərbaycanın ticarət partnyoru olub. İdxal mallarından alınan dövlət rüsumları sayəsində büdcəyə 2 milyard 383,4 milyon manat vəsait ödənilib.

Məsələ burasındadır dünya ölkələri, o cümlədən OPEK təşkilatının üzvləri neft hasilatının tənzimlənməsi barədə qırar qıbul edib. Azərbaycan üzv olmasa da bu qərarı düzgün sayaraq bu il hasilatın normada saxlanmasına diqqət edib, yəni artıma yol verilməyib. Əksinə, kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Nəticə etibarı ilə ixrac məhsullarının sırasında qeyri-neft sektorunun payı sürətlə artır. Ancaq bu da boş-boşuna baş vermir. Yeni müəssisələr yaranır, sahibkarlığın əhatə dairəsi genişlənir, yeni texnologiyalar tətbiq edilir, məhsuldarlıq artır. Təbii ki, məhsul çoxdursa, daxili bazarı ödəyirsə, qalan hissəsi ixrac olunacaq. Çünki, bu iqtisadi inkişafa təkan verən xarici valyuta deməkdir. Məsələn, bu ilin 9 ayında ölkəmizin valyuta ehtiyatları 4,5 milyard dollar artıb. Yəni, ixracın artırılmasını stimullaşdıran qeyri-neft sektoru hesabına valyuta ehtiyatlarının həcmi ÜDM həcminə bərabərləşib və dövlət borcunu dəfələrlə üstələyir.

Bir neçə həftəyə il başa çatacaq. Təsərrüfat ilinə yekun vurulacaq. Şübhə yoxdur ki, əldə olunan nəticələrin daha yüksə olduğu meydana çıxacaq. Çünki, məqsədyönlü daxili iqtisadi siyasətin konturları belə proqnozlara yol açır. Çünki, hökumətin kənd təsərrüfdatı proqramında vaxtilə Azərbaycanda geniş becərilmiş bir sıra bitkilərin, təsərrüfat sahələrinin yenidən canlandırılması irəli sürülüb. Məsələn, pambıq əkilməsi və onun məhsuldarlığının 30-40 il əvvəlki səviyyəyə çatdırılması qərara alınıb. Bu qərarın doğruldulması üçün hazırlıq işləri də görülüb. Əkin sahələrinin miqyası genişləndirilib, suvarma sistemləri qurulub, yeni, müasir texnika alınıb, xaricdən yüksək məhsuldarlıqlı çiyid tədarükü görülüb, kəndli-fermerlərə güzəştli kreditlər verilməsi qaydaya salınıb və sairə. İlin ortalarında dövlət başçısı təsərrüfatçılar və iş adamları ilə müzakirələr apararaq bu il ölkədə 200 min ton həddində pambıq yığılacağı anonsunu verib. Bu, ötənilki məhsuldan 2 dəfədən də çoxdur. Bu haqda hazırda verilən statistikada 200 ton həddinin artıq keçildiyi bildirilir. Bu böyük nailiyyətdir. Son rəqəmlərin daha yüksək olacağı gözlənilir. Pambıq məhsulu artdıqca yüngül sənayenin iplikəyirici müəssisələri də artacaq, trikotaj sənayesi canlanacaq. “Azərbaycan brendi” ilə ixrac olunan məhsulların çeşidi çoxalacaq.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz