Əlaqə Arxiv
news Image
2017.12.14
19:30
| A A A
Dünya ət istehlakı reytinqi hazırlanıb
Azərbaycan bu siyahıda 52-ci sırada qərarlaşıb

Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti dünya ət istehlakı xəritəsini hazırlayıb.

"Report" xəbər verir ki, dünyada adambaşına ən çox ət istehlak edilən ölkə ABŞ-dır - bu ölkədə il ərzində hər insan orta hesabla 120,2 kq ət yeyir. Qeyd edək ki, araşdırma 88 ölkə üzrə aparılıb.
TOP-5-də Küveyt (illik adambaşına 119,2 kq), Avstraliya (111,5 kq), Baham adaları (109,5 kq) və Lüksemburq (107,0 kq) yer alıb.
Ən az ət istehlak edən ölkə isə Banqladeşdir (4 kq).
Qeyd edək ki, Rusiya adambaşına illik 62,9 kq (28-ci yer), Ukraynada 48,5 kq (38-ci yer), Azərbaycanda isə 32 kq (52-ci yer) ət istehlak olunur. Gürcüstan bu reytinqin 62-ci (25,5 kq), Türkiyə isə 63-cü pilləsində (25,3 kq) qərarlaşıb.

Sizin Reklam Yeriniz