Əlaqə Arxiv
news Image
2017.12.21
09:30
| A A A
İxrac coğrafiyası genişləndirilir
Vüqar Bayramov: “İxrac coğrafiyasının genişlənməsi ölkəmizə ixracatda dayanıqlığın təmin edilməsi və qeyri-neft ixracatında ənənəvi bazarlardan asılılığın aradan qaldırılmasına gətirib çıxaracaq” Yaşar Əsədov: “İxrac coğrafiyasının genişlənməsilə Azərbaycan dövləti və əhalisinin gəlirləri də çoxalacaq”

Gələn ilin fevralında Berlin, Moskva və Dubay şəhərlərinə, mayda isə Çinə ixrac missiyaları təşkil olunacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib. Bu fonda ölkənin ixrac coğrafiyasının genişlənməsi Azərbaycana hansı üstünlüklər vəd edir?  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, ixrac coğrafiyasının artması ilə Azərbaycan daha çox həcmdə qeyri-neft məhsullarını yeni bazarlarda satmaq imkanı əldə edəcək: “İxrac coğrafiyasının genişlənməsi Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracatının artırılması məqsədi daşıyır. Nəzərə alaq ki, son illər Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri məhz qeyri-neft sektoru üzrə məhsul istehsalının artımı və bu fonda onun ixrac potensialının yüksəldilməsidir. Qeyri-neft ixracının artması birbaşa olaraq neftdən asılılığın aradan qaldırılması üçün əsas hədəfdir. 
Neftdən asılılığın aradan qaldırılması da əslində, özünü ixracın diversifikasiyasında göstərməlidir. Ona görə də Azərbaycanın qeyri-neft məhsullarının Azərbaycan brendi adı altında tanıdılması əhəmiyyətlidir. Bu imkan verəcək Azərbaycan brendi adı altında daha çeşidli məhsullarımızı daha geniş coğrafiyaya təqdim etmək mümkün olsun. Belə vəziyyət nəticədə Azərbaycanın qeyri-neft sektorundakı məhsullaırn təqdimatı baxımından vacibdir. 
Azərbaycan iş adamlarının ixrac missiyalarını həyata keçirdiyi ölkələrdə əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, ixrac missiyası güclü olan ölkələrlə əməkdaşlığın gücləndirilməsi son olaraq ölkəmizn daha geniş bazarlara çıxış imkanlarının əldə edilməsi baxımından əhəmiyyətlidir. Belədə ixrac imkanlarını genişlənidrməklə çox fərqli ölkələrə çıxış imkanları qazanacağıq. O baxımdan ixrac missiyasının genişlənməsilə Azərbaycanın qeyri-neft ixracı üzrə potensialının güclənməsi və daha çox qeyri-neft məhsullarının dünya bazarı, xüsusən də yeni bazarlara çıxması baş verəcək. Məqsəd də ondan ibarətdir ki, Azərbaycan məhsulları ənənəvi bazarlara çıxışla kifayətlənməsin. Həm də ənənəvi olmayan yeni bazarlara da çıxış imkanları qazana bilək. Bu halın baş verməsi ixracatda dayanıqlığın təmin edilməsinə və qeyri-neft ixracı üzrə ənənəvi ölkələrdən asılılığın aradan qaldırılmasına gətirib çıxaracaq. 
İxrac potensialımızın daha da artımına nail olmaq üçün bir sıra digər addımların atılması da baş verməlidir. Azərbaycan məhsullarının tanıdılması, xüsusən də təqdimatının həyata keçirilməsi çox vacibdir. İkinci bir tərəfdən, bazarların diversifikasiyası da vacibdir. Çünki ənənəvi bazarlara çıxışda çətinlik və problemlər ola bilər. Digər tərəfdən, bu istiqamətdə standartların tətbiq edilməsi də mühüm əhəmiyyət kəsb etməlidir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinin sürətləndirilməsinə də ehtiyac var. Çünki bu üzvlük ölkəmizə öz məhsulları ilə asanlıqla başqa bazarlara daxil olmağa imkan yaradacaq”.
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, ixrac coğrafiyasının genişlənməsilə Azərbaycan dövləti və əhalisinin gəlirləri də çoxalacaq: “İxrac coğrafiyasının genişlənməsilə Azərbaycanın ixrac potensialı artacaq. Azərbaycanın bir çox məhsulları var ki, artıq çoxdan Avropa  qitəsində özünə bazar tapıb. Buna misal olaraq meyvə şirələrini, meyvə konsentrantlarını, təbii səhər yeməklərini göstərə bilərik. 
Çin kimi dinamik inkişaf edən ölkəyə Azərbaycan özünün kənd təsərrüfatı məhsulları ilə çıxa bilsə, ölkəmiz mühüm bir bazar əldə etmiş olacaq. Keçən əsrin 90-cı illərində dinamik inkişaf etməsinə baxmayaraq, əhalinin yaşayış səviyyəsinə görə Çin Avropa və postsovet ölkələrilə müqayisədə geri qalırdı. Çin əhalisi Avropa sakinləri qədər toyuq əti istehlak edərsə,  bütün Avstraliyanın taxıl istehsalı dünyanın əhali cəhətdən ən böyük ölkəsində ancaq toyuqların yeminə bəs edəcək. Bu mənada çinlilər də adambaşına düşən istehlak məhsulu baxımından 
avropalılar səviyyəsinə çatsalar, orada ciddi bazarlar yaranacaq. Azərbaycanın da Çin bazarında iştirak etməyə iqlim, əmək qüvvəsi, kənd təsərrüfatı istehsalında mövcud olan təcrübə baxımından hər cür imkanı vardır. İxracat üzrə coğrafiyanın genişlənməsi Azərbaycan daxilində yeni iş yerlərinin yaranmasına, əhalinin gəlirlərinin artmasına, daxili bazarın genişlənməsinə, təkrar istehsalın stimullaşdırılmasına təkan verəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz