Əlaqə Arxiv
news Image
2017.12.21
11:05
| A A A
“Strateji Yol Xəritələri: Azərbaycan gənclərin məşğulluq, özünüməşğulluq və biznes iştirakçılığına dəstək tədbirləri” adlı seminar təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Strateji Yol Xəritələri, inkluziv iqtisadiyyat və Azərbaycan gəncliyi” layihəsi çərçivəsində 21 dekabr 2017-ci il tarixində “Binəqədi rayon Gənclər Evi”də “Strateji Yol Xəritələri: Azərbaycan gənclərin məşğulluq, özünüməşğulluq və biznes iştirakçılığına dəstək tədbirləri” adlı seminar təşkil edilib. Movqe.az xəbər verir ki, tədbirin təşkilində məqsəd ölkə ictimaiyyətində, o cümlədən gənclər arasında Strateji Yol Xəritələrində icrası nəzərdə tutulan və gələcəkdə ölkənin sosial-iqtisadi mühitinin inkişaf etdirilməsinə hədəflənən fəaliyyətlər haqqında məlumatlılıq səviyyəsinin artırılması, yeni imkanların təbliği və gənclərin iqtisadi aktivliyinin artırılması istiqamətində həyata keçirilən dövlət proqramlarının dəstəklənməsidir. Tədbirdə iştirak edən tanınlış iqtisadçı Dc. Vüqar Bayramov və iqtisadçı ekspert Rəşad Həsənov müasir dövrdə insan kapitalının sosial-iqtisadi inkişafda rolu və bu sahədə keyfiyyətin daha da artırılması məqsədi ilə Strateji Yol Xəritələrində icrası nəzərdə tutulan fəaliyyətlər haqqında ilkin məlumatladırmadan sonra əmək şəraitinin inkişaf etdirilməsi və rəsmi məşğulluq səviyyəsinin yüksəldilməsi, biznes mühitinin təkmilləşdirilməsi yolu ilə gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi, startapların dəstəklənməsi və vençur kapitala çıxış imkanlarının genişləndirilməsi, maiyyə əlçatanlığının artırılması və özünüməşğğuluq proqramlarnın əhatə dairəsinin genişləndirilməsi kimi müxtəlif istiqamətlərdə mövcud şərait, görülən işlər və yaxın gələcəkdə icrası nəzərdə tutulan fəaliyyətlər haqqında geniş təqdimatla çıxış etmişlər. Eyni zamanda inkluziv iqtisadiyyatın təmin edilməsində gənclərin iqtisadi aktivliyinin əhəmiyyətliliyi haqqında izahatlar verilib. Tədbirin əsas hisəsi iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb. Daha sonra isə müzakirələr çay-kofe fasiləsində davam etdirilib.

Sizin Reklam Yeriniz