Əlaqə Arxiv
news Image
2017.12.21
20:00
| A A A
Azərbaycanda daha bir quruma elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər
Tariflərin müəyyən edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən faydalanmaq mümkündür

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (AREA) elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər.

“Report” xəbər verir ki, bunu AREA-nın publik hüququ şəxs olmasından sonra maliyyələşməsi məsələlərinə aydınlıq gətirən qurumun sədrinin müavini Nurəli Yusifbəyli deyib.
N.Yusifbəyli deyib ki, tariflərin müəyyən edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən faydalanmaq mümkündür: “Hazırda elektrik enerjisini Tarif Şurasının tənzimlədiyi topdansatış qiymətlə - 5,5-5,7 qəpiyə “Azərenerji” ASC-yə satırıq”.
Agentlik rəsmisi su elektrik stansiyalarının həm “Azərenerji”nin, həm də AREA-nın nəzarətində olmasına da aydınlıq gətirib: “Hər şeyin bir zamanı var. Yəqin ki, bu gün enerji axınlarının tənzimlənməsi və enerji təhlükəsizliyi baxımından belə tələb olunur. Ola bilsin sabah-birisi gün islahatlar nəticəsində başqa bir qərar verilsin”.

Sizin Reklam Yeriniz