Əlaqə Arxiv
news Image
2017.12.28
19:30
| A A A
Proqnoz: "Bitcoin"in qiyməti 2018-ci ildə 6 500-22 000 dollar arasında olacaq

Gələn il dünya bazarında "bitcoin" üçün volatil, qiymətin isə, böyük ehtimalla, cari səviyyədən aşağı olacağı gözlənilir.
Movqe.az xəbər verir ki, bu proqnozu "DataTrek Research" gündəlik araşdırma şirkətinin analitiki, ilk kriptovalyuta proqnozçularından biri olan Nik Kolas (Nick Colas) verib.
"Bitkoinin qiymətinin 6 500-22 000 dollar diapazonunda dalğalanacağı gözlənilir. Volatilliklə yanaşı, bitkoin bazar payını da itirəcək. Bununla yanaşı, 2018-ci ildə 40%-lik 4 müxtəlif ucuzlaşma prosesi ilə üzləşə bilərik", - N.Kolas əlavə edib.
N.Kolas həmçinin bildirib ki, bitkoinin perspektivlərini qiymətləndirmək asan deyil: "Onun iqtisadi rolu istifadə ssenarisi əsasında formalaşır. Bu ssenari isə hələ formalaşmayıb. Buna görə də volatillik hələ davam edəcək".
Xatırladaq ki, "bitkoin" bu gün 12% ucuzlaşıb və hazırda 14 230 dollara satılır.

Sizin Reklam Yeriniz