Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi apreldə açılacaq
Rusiyanın Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin açılışı aprel ayına planlaşdırılıb.
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Jilkin Soçidə keçirilən investisiya forumunda bildirib.
Onun sözlərinə görə, apreldə Azərbaycan İşgüzar-Ticarət Mərkəzi açılacaq: “Orada iri sahə olacaq və Rusiya biznesi xarici həmkarları ilə rahat əlaqə yarada biləcəklər.
A. Jilkin bildirib ki, regionda iki ölkənin konsulluğu açılıb və onlarla yaxşı əlaqələr qurulub: “Bu mərkəzin fəaliyyəti nəinki Həştərxan biznesi üçün, həmçinin Rusiyanın cənub bölgəsi, bundan başqa da bütün ölklərdən olan sahibkarlar üçün faydalı olacaq”.