Əlaqə Arxiv
news Image
2018.04.18
09:15
| A A A
Vətəndaşlar hələ də sığoratadan uzaq qaçırlar
Xəyal Məmmədxanlı: “Bazarı inkişafdan saxlayan, insanları sığortadan uzaqlaşdıran bir çox səbəblər mövcuddur” Ruslan Atakişiyev: “Sığortaya inamı bərpa etmək lazımdır”

Məlumdur ki, ötən illərlə müqaviyəsə sığorta bazarında irəliləyiş var. Ancaq hələ də vəziyyət ürəkaçan deyil. Araşdırmalar göstərir ki, sadə vətəndaşlar hələ də sığoratadan uzaq qaçmağa çalışırlar. Halbuki, bir çox xarici ölkələrdə bunun əksidir. Mütəxəssislərin fikrincə, insaların sığortadan uzaq durmasının bir sıra səbəbləri var. İlk növbədə sığorta şirkətlərinə olan inamsızlıq göstərilir. Bundan başqa, insanlarda sığortanın əhəmiyyəti barədə məlumatsızlıq da var. 

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, ötən illə müqayisədə sığorta yığımlarında 8-10 faiz artım var: “Sevindirici haldır ki, könüllü sığortada da artım müşahidə olunur. Lakin ümumulikdə bazarı inkişafdan saxlayan, insanları sığortadan uzaqlaşdıran bir çox səbəblər mövcuddur. İlk növbədə insanlarda sığorta şirkətlərinə inamsızlıq var. Bunlar da əsassız deyil. Son illər müəyyən irəliləyiş qeydə alınsa da, əvvəlki illərdə sığorta şirkətləri insanları çox incidib. İnsanlar sığortanın rahatlığını, problemi həll edəcəyini düşünmürlər. Yenə də bəzi sığorta şirkətlərindən bu narazıçılıq halları qalır. 
İkincisi, bəzi insanların sığorta mədəniyyəti aşağıdır. Bunu özü də birinci səbəbdən asılıdır. Buna əlavə xərc kimi yanaşırlar. İnsanlar sığortanın əhəmiyyətini başa düşmürlər. Belə bir vəziyyətdə isə sığortanın əhəmiyyəti ilə bağlı maarifləndirmə işi aparanlar yox səviyyəsindədir. Bu fonda da insanlar sığortadan xəbərsiz və məlumatsızdırlar. Ən ciddi səbəb isə insanların gəlirləri onlara müxtəlif sığorta müqavilələrini bağlamağa kifayət etmir”.
Ekspert əlavə etdi ki, insanlar arasınsa sığortaya marağı artırmaq üçün bir sıra tədbirlər görülməlidir: “Əvvəla, sığorta şirkətləri itirilmiş inam və etibarı bərpa etməlidirlər. İkincisi, insanlar sığorta əhəmiyyəti barədə  maarifləndirilməlidir. İnsanların əksəriyyəti könüllü, icbari və ya kasko sığortanın fərqini bilmir. Bir çox adam  sığorta növlərindən xəbərsizdirlər. Məsələn, əmlak sığortası icbaridir, lakin insanlar sığorta etmirlər. Çünki bundan xəbərləri yoxdur, ya da sığortaya ehtiyac duymurlar. Ona görə də insanlar arasında sığortanın əhəmiyyəti ilə bağlı ciddi iş aparmaq lazımdır”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, bu gün öndə olan şirkətlər, sahibkarlar sığorta bazarından istifadə edirlər: “Lakin əhalinin böyük bir hissəsində sığortaya marağın az olmasının bir sıra səbəbləri var. İlk növbədə sığorta sisteminə inamsızlıq faktorunu göstərə bilərik. İnsanlar düşünür ki, sığorta haqqını almaq çətindir. İkincisi, insanlar sığortanın mahiyyəti haqqında məlumatsızdırlar. 
Digər tərəfdən sığorta bazarında təqdim olunan alətlərin sayı azdır. Məsələn, inanclı insanlar qarşılıq əməkşdalığa söykənən metodlardan istifadə etmək istəyirlər ki, bu da sığorta sistemində yoxdur. Ona görə də sığorta bazarının aktivləşməsi üçün ilk növbədə maariflənmə işi aparılmalıdır. Təklif olunan alətlərin sayı artırılmalıdır. Ən əsası isə sığortaya inamı bərpa etmək lazımdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz