Əlaqə Arxiv
news Image
2018.04.18
15:27
| A A A
İlham Əliyev: Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq və ən böyük səmərə verən sistem xarakterli tədbirlər görüləcək

Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq və ən böyük səmərə verən sistem xarakterli tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilib: “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir. On üç “ASAN xidmət” mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır”.

İlham Əliyev əlavə edib ki, “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır:

“Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.

Sizin Reklam Yeriniz