Əlaqə Arxiv
news Image
2018.04.19
22:00
| A A A
Gürcüstan ərazisi ilə 70 mln. barel Azərbaycan nefti nəql olunub

Bu ilin birinci rübündə Gürcüstan ərazisi ilə 69,9 mln. barel Azərbaycan nefti nəql olunub.

 
APA-nın yerli bürosu Gürcüstanın Neft və Qaz Korporasiyasının məlumatına istinadla xəbər verir ki, bu həcm ötən ilin eyni göstəricisindən 2,8% çoxdur.
 
Hesabat dövründə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə Gürcüstandan Türkiyə istiqamətinə 62 mln. barel neft (2,5% artım) nəql olunub. WREP boru kəməri ilə Bakıdan Supsa Qara dəniz terminalına nəql olunmuş neftin həcmi isə 7,9 mln. barel (5,5% artım) təşkil edib.
 
BTC ilə ən böyük həcmdə neft yanvar ayında (21,7 mln. barel), WREP vasitəsi ilə isə mart ayında (2,7 mln. barel) nəql olunub.
 
Qeyd edək ki, BTC ilə neft tranziti 2005-ci ilin sentyabrından, WREP ilə 1999-cu ilin aprelindən həyata keçirilir. Hər iki neft kəmərinin operatoru BP şirkətidir.
 
2017-ci ildə BTC ilə 253,1 mln. barel, WREP ilə 28,6 mln. barel neft nəql olunub.

Sizin Reklam Yeriniz