Əlaqə Arxiv
news Image
2018.05.03
11:03
| A A A
Tramp administrasiyası ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətindədir

Rəsmi Vaşinqton ABŞ-da Çin istehsalı olan bəzi telefonların satışını qadağan edən qanun layihəsinə baxır. "Report"un məlumatlna görə, bu barədə "The Wall Street Journal" xəbər verib. Bildirilir ki, bu şirkətlər arasında "Huawei Technologies Co." və "ZTE Corp" da ola bilər. Həmin şirkətlərin telefonlarından hərbçilər istifadə edir. ABŞ rəsmiləri bu telefonlarda casus avadanlığının olmasından şübhələnirlər. "Huawei" və "ZTE" isə analoji ittihamları qəti şəkildə rədd edir. Vaşinqton aprelin 17-də Amerikanın texnoloji şirkətlərinə Çinin "ZTE" şirkətinin məhsullarının alışını qadağan edib.

Daha Ətraflı: https://report.az/dunya-xeberleri/diger-olkeler/tramp-administrasiyasi-abs-da-cin-telefonlarinin-satisini-qadagan-etmek-niyyetindedir
İstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir

Sizin Reklam Yeriniz