Əlaqə Arxiv
news Image
2018.05.21
23:00
| A A A
Moskva birjası ABŞ-a məxsus səhmlərlə ticarətə icazə verib

Moskva birjası ABŞ-a məxsus "Apple", "Facebook", "Amazon", "Tesla", "Google", "Nike", "Microsoft", NVİDİA, "Twitter" və "McDonald`s" kimi nəhəng korporasiyaların səhmləri ilə ticarətə icazə verib.

"Movqe” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə birjanın kapital bazarı üzrə icraçı direktoru İqor Mariç məlumat verib. 
Onun sözlərinə görə, artıq 10 ən likvid Amerika qiymətli kağızları ticrət əlçatandır. Bu ilin III rübündə də Moskva birjasında ticarətə buraxılan xarici emitentlərin sayı artacaq. 
Xatırladaq ki, ötən ay birjanın rəhbəri Aleksandr Afanasyev bəyan edib ki, onların ticarət platforması III rübdə xarici şirkətlərin qiymətli kağızları ilə ticarətə hazır vəziyyətə gətiriləcək: "Biz bazarın rus iştirakçılarına, investorlara onlar üçün adi olan mexanizmlərlə qlobal bazar məhsulları ilə ticarət imkanını təmin etmək istəyirik". 
Qeyd edək ki, Moskva birjası xarici qiymətli kağızlara çıxış imkanı verən yeganə Rusiya birjası deyil. Hələ 2014-cü ilin noyabrında Sankt-Peterburq birjasında xarici emitentlərin qiymətli kağızları ilə ticarətə başlanılıb. 

Sizin Reklam Yeriniz