Əlaqə Arxiv
news Image
2018.06.05
18:30
| A A A
Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının artımını 2% proqnozlaşdırır

Dünya Bankı bu il Azərbaycanın iqtisadiyyatının artımını 2%, gələn il üçün artımını isə 3-4% arasında proqnozlaşdırır.

"Report"un məlumatına görə, bunu Azərbaycan - Aİ biznes forumunda Dünya Bankın (DB) Azərbaycan üzrə meneceri Naveed Hassan Naqvi deyib.
İnflyasiya səviyyəsinə toxunan N. H. Naqvi deyib ki, 2016-cı ildə bu rəqəm 11%, 2017-ci ildə isə 7-8% təşkil edirdisə, bu il bu göstərici ondan da aşağı olacaq: "Bu göstəricilər onu göstərir ki, işlər yaxşılığa doğru gedib. Doğrudur, qeyri-neft sektoru çətin vaxtlar dönəmində artıb, amma ölkənin iqtisadiyyatı hələ də neftdən, onun qiymətindən və neft satışından əldə etdiyi qazancdan asılıdır. Bununla belə, Azərbaycan hökuməti lazımı olan sahələrə yaxşı sərmayələr edib. Məsələn, son 25 ildə infrastrukturun inkişafına çoxlu sərmayələr edilib".
Bununla belə, DB nümayəndəsi struktural islahatların aparılmasının vacibliyini qeyd edib: "Mən bunları Azərbaycan hökumətinin iqtisadiyyatının şaxələndirilməsi istəyi ilə əlaqələndirərdim. Amma bunların heç biri Azərbaycanda insanlara sərmayə edilmədən mümkün deyil. Bura, insanların təhsili daxildir, lakin neft gəlirlərin artdığı bir vaxtda təhsilə edilən sərmayənin miqdarı aşağıdır. Müəllimləriniz orta hesabla ayda 150-200 dollar qazanır. Həkimləriniz də rəsmi olaraq eyni miqdarda alır. Amma struktur dəyişiklik edilmədən sadəcə maaşlarının qaldırılması da vəziyyətdən çıxış yolu deyil. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsi üçün məhz struktural islahatlara və ən əsas insan kapitalına sərmayələr etmək lazımdır".

Sizin Reklam Yeriniz