Əlaqə Arxiv
news Image
2018.06.06
22:00
| A A A
Dünya Bankı: Azərbaycan bank sektoru xarici şoklara qarşı hələ də həssasdır

“Azərbaycanda iqtisadi artımı üç əsas faktor – fiskal stimullaşdırma tədbirləri, yüksək neft qiymətləri və qaz hasilatının artması şərtləndirir”.

 
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” adlı yeni hesabatında öz əksini tapıb.
 
Hesabatda qeyd olunub ki, 2017-ci ildə neft hasilatında azalma qeyri-neft sektorundakı yüksək inkişaf templəri və həyata keçirilən fiskal stimullaşdırma tədbirləri ilə kompensasiya olunub. “Həyata keçirilən uğurlu islahatlara baxmayaraq, Azərbaycanın bank sektoru hələ də xarici şoklara qarşı həssasdır. Azərbaycan istehlak səviyyəsinin yaxşılaşdığı ölkələr sırasına daxildir. Buna səbəb əmək haqlarının artması, əmək bazarının inkişafı və istehsalçılarının alıcılıq qabiliyyətinin yüksəlməsidir,” – deyə hesabatda qeyd olunub.

Sizin Reklam Yeriniz