Əlaqə Arxiv
news Image
2018.06.07
20:30
| A A A
Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"

"ABŞ, əslində, elə öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "canlı yayımda" ABŞ-ın başladığı "ticarət müharibəsi"nə münasibət bildirərkən deyib.
"Tərəfdaşlarımız sanksiyalarla üzləşə biləcəyini düşünmürdü. Amma ABŞ-ın polad və alüminiuma rüsum tətbiq etməsi elə sanksiya deməkdir", - V.Putin bildirib.
O, istehza ilə əlavə edib: "Onlar da Krımı anneksiya ediblər? Yox, bu, ABŞ-ın praqmatik milli maraqları ilə bağlıdır".
Rusiya prezidenti danışıqlar masasına əyləşərək vahid qaydalar işləyib hazırlanmasına ehtiyac olduğunu söyləyib.

Sizin Reklam Yeriniz