Əlaqə Arxiv
news Image
2018.06.12
08:30
| A A A
İtalyanların TAP sərgüzəştləri və beynəlxalq birliyin səyi
Yeni hökumətin köhnələrə etimadsızlığı və avropalıların birliyi məsələsi

İyunun 12-də Türkiyədə 40 milyard dollarlıq «Cənub Qaz Dəhlizi» layihəsinin birinci fazasının açılış mərasimi olacaq. Bu faza Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərini birgə siyi və əməyi sayəsində meydana gəlib. İkinci fazanın tikintisində isə Avropa İttifaqının üzvü olan ölkələr, o cünlədən İtaliya və Yunanıstan iştirak edirlər. Bu kəmər Azərbaycan qazı ilə bir neçə Avropa ölkəsində yaşayan əhalinin mavi yanacaqla daha yaxşı və etibarlı təminatını nəzərdə tutur.

«Cənub Qaz Dəhlizi»nin iqtisadi gücü nə qədərdirsə, siyasi çəkisi də bir o qədərdir. Əslində, varlı Avropa bazarı ilə əlaqə yaratmağa, yaxud bu bazarda təbii qaz monopoliyası yaratamağa çalışan bəzi qüvvələr bu layıhənin əleyhdarları kimi çıxış edib, bəzi iddialar səsləndirirlər. Məsələn, işlərin əvvəlində maliyyə defoltu ilə üzləşən Yunanıstan hökuməti hansısa dəlillərlə çıxış etmişdi. Amma layihəni həyata keçirən və bu layihədə BP-nin rəhbərliyi ilə çalışan konsorsium üzvləri yunanlara müəyyən güzəştlər etdikdən sonra işlər yoluna qoyuldu. Amma yunanlardan sonra italiyalılar ekologiyanın pozulması bəhanəsi ilə iddialar səsləndirməyə başladılar. Hazırkı hökumətə qədər yerli bələdiyyə səviyyəsində və müxalifətdə olan “5 Ulduz” partiyası və “Şimal liqası” hərəkatı lahinın dayandırılmasına çağırışlar edirdi. Lakin hökumət bu iddiaların əsassızlığını nəzərə alaraq bu çağırışları rədd edirdi. Ancaq, indi vəziyyət dəyişib və müxaliflət İtaliyada yeni hökumətin təşkilatçılarıdır. Həmin partiya və hərəkat tərəfindən formalaşdırılan  yeni koalision hökumət Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulmuş «Cənub Qaz Dəhlizi»nin bir hissəsi olan «Transadriatik» Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib. Yeni koalision hökumətin tərkibində ətraf mühit naziri postunu tutan  Serjio Kosta bildirib ki, “Biz energetika siyasətimizi, qaza olan tələbatımızı nəzərə alaraq TAP layihəsini hazırda tamamilə mənasız hesab edirik”.

Doğrudanmı Aİ-nin bütün qurumlarının, o çümlədən Avropanın müttəfiqi ABŞ-ın canfəşanlıqla müdafiə etdiyi və enerji təhlükəsizliyi siyasətini tərkib hissəsi saydığı layihə belə dəyərsizdir? Yox, bu İtaliyanın “5 Ulduz” partiyasının və “Şimal liqası” hərəkatının yönəldici şəxslərinin fikirləridir. Axı, necə ola bilər ki, ölkəyə gəlir gətirən bir istiqamət gərəksiz olsun. Məlumdur ki, bu şəxalər məsələni qəlizləşdirib siyasi müstəviyə keçirməklə hansısa dividentlər əldə etmək istəyirlər. Mümkündür ki, ortada iqtisadi məqsəd olsun, layihədən daha çox qazanc əldə etmək hədəflənsin. Lap ola bilər ki, onların hakimiyyətə gəlmələrində vacib rol oynamış hansısa xarici siyasi qüvvələrin mənafeyi baxımından belə bəyanatlar verirlər. Amma bəyanatlar vermək bir ayrı, beynəlxalq sazişlərlə işlərin 80 fazinin görüldüyü bir layihəni dayandırmaq bir ayrıdır. Bu layihə iki şəxsin sövdələşməsi deyil ki, biri aradan çıxanda o biri naəlac qalsın. Burada hökumətlərin rəsmi öhdəliklərindən söhbət gedir və xərclənmiş vəsaitin gəlir gətirməsi üçün mütləq sonluq müsbət olmalıdır. Əks halda baiskarlar yüksək məbləğdə cərimə ə bilərlər.

O biri yandan da Avropa İttifaqının siyasi və iqtisadi həmrəyliyi məsələsi var. Belə mnəsələlər birtərəfli bəyanatlarla həll olunmur.  İtaliyanın cənubundakı yerli hökumətin “5 Ulduz” hərəkatından olan naziri Barbara Lezzi də “Reuters” agentliyinə bildirib ki, onun partiyası TAP kəmərinin “gərəksiz ekoloji təhlükə yaratdığını” düşünür və bu kəməri İtaliya üçün gərəksiz hesab edir. Çünki İtaliyanın kifayət qədər yetərli qaz potensialı var.

TAP konsorsiumu isə bundan əvvəl bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin il TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılırdı. Lakin belə görünür ki, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub. Bu isə “Qazprom”un işinə yarayacaq. Bir neçə həftə əvvəl “Qazprom” Türkiyə ərazisindən “Türk axını” qaz kəmərinin Avropaya uzadılması barədə razılığa gəlib.

İtaliyada isə yeni hökumət səlahiyyətlərinin icrasına başlayar-başlamaz Rusiyanın xoşuna gələn bəyanatlar verməyə başlayıb. Məsələn, baş nazirin müavini Matteo Salvini Rusiyanın Romadakı səfirliyinə baş çəkib və ölkəsinin xarici siyasət kursunun kəskin dəyişəcəyini bildirib. Salvini bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların tezliklə ləğvi üçün mübarizə aparacaq və avropalı həmkarlarını da buna çağıracaq. “Sanksiyalar heç nəyi həll etmir, xüsusən də Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirdiyi bir vaxtda”-Salvini bildirib. O, Krımın statusu məsələsinə baxmağı da nəzərdən keçirdiklərini deyib. Demək, həqiqətən məsələ İtaliyanın ekologiyası ilə yox, Rusiyanın qaz siyasətinə bağlıdır.

 Bu günlərdə ABŞ Dövlət Departamentdən İtaliyanın yeni hökumətinin TAP layihəsinə yenidən baxılması ilə bağlı bəyanatını şərh edərkən deyiblər: “ABŞ İtaliyanın Transadriatik boru kəməri layihəsində iştirakını və dəstəyini yüksək qiymətləndirir. Biz İtaliyanın bu layihənin yekunlaşmasına kömək məqsədilə səylərini alqışlayırıq”.

Göründüyü kimi, İtaliyadan fərqli olaraq TAP-ın reallaşmasını hədəfləyən və onun açılışını səbirsizliklə gözləyən qüvvələr daha çox və güclüdür. Yəni, bu layihə sona çatdırılacaq. Rusiyanın dolayısı müdaxiləsi də mümkünsüzdür. Düzdür, ruslar da çətin ki, bu layihənin ləğv oluna biləcəyini düşünsünlər. Sadəcə, onlar vaxtı uzatmaqla öz layoihələri üçün daha əlverişli mühit yaratmağa çalışırlar. TAP irəli düşməklə daha böyük arealı əhatə edəcək. Rusiya öz qazını satmaq üçün Avropada geniş bazr əldə etmək istəyir, təbii ki, TAP bu bazarı ələ keçirməsə. Bu mənada İtaliyada yaradılan maniə süni və təsirsizdir və bu, italyanların özlətinə ziyandır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz