Əlaqə Arxiv
news Image
2018.06.27
09:40
| A A A
Regional davamlılıq indeksi hazırlanıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Avropa və “Şərq Tərəfdaşlığı” ölkələrindən olan 13 digər təşkilatla birlikdə Rusiyanın içtimai fikirə təsir imkanları mövzusunda tədqiqat aparıb. Tədqiqat çərçivəsində 14 ölkədə mövcud vəziyyətin ümumi qiymətləndirilməsi aparılıb, media landşaftı, medianın hüquqi tənzimlənməsi, institusional tərkibi və media savadlılığının mövcud durumu təhlil edilib. Araşdırma nəticəsi olaraq Dezinformasiya Davamlılığı İndeksi də hazırlanıb. İndeks dezinformasiyaya məruz qalma və bu tipli fəaliyyətə qarşı milli səviyyədə olan mövcud dözümlülüyün kəmiyyət qiymətləndirilməsidir. Layihənin məqsədlərindən biri də dezinformasiyaya qarşı dözümlü olan aktorları müəyyən etmək və digər aktorlarda olan çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verməkdir.

Sizin Reklam Yeriniz