Əlaqə Arxiv
news Image
2018.06.27
10:26
| A A A
Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun sentyabrda Bakıya səfəri nəzərdə tutulur

Vaşinqtonda 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında görüş olub.

Energetika Nazirliyindən Movqe.az-a bildirilib ki, söhbət zamanı Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair qiymətləndirmələri və proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Fatih Birol enerji sahəsində müvafiq layihələr üzrə əməkdaşlığa marağını diqqətə çatdırıb və sentyabr ayında Bakıya səfərinin nəzərdə tutulduğunu bildirib.

Pərviz Şahbazov agentliyin fəaliyyətini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə belə bir səfərin vacibliyini qeyd edib.

Energetika naziri Vaşinqtonda “UNIPER” şirkətinin baş icraçı direktoru Klaus Şaferlə də görüşüb. Azərbaycanı “UNIPER”in əsas tərəfdaşlarından biri hesab edən Klaus Şafer birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib.

Pərviz Şahbazov “UNIPER” ilə mövcud əməkdaşlığın genişləndirilməsi baxımından təcrübə mübadiləsi, enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstək, Abşeronda qazpaylayıcı şəbəkənin yenidən qurulması kimi potensial istiqamətləri diqqətə çatdırıb.

Görüşdə, həmçinin bərpaolunan enerji sahəsinin inkişafına dair müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz