Əlaqə Arxiv
news Image
2018.06.28
12:39
| A A A
İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsinə başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.

Fonddan Movqe.az a verilən xəbərə görə, Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.

Fondun müvəkkil banklarının siyahısı və zəmanət üzrə komissiyalar ilə www.mcgf.gov.az internet səhifəsindən tanış olmaq mümkündür.

Fonddan bildirilib ki, sahibkarlar (fiziki və hüquqi şəxslər) Fond tərəfindən zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.

Sizin Reklam Yeriniz