Neft Fondu ötən ay 536,6 milyon dollar satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin iyul ayı ərzində valyuta hərraclarında 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Movqe.az-a ARDNF-dən bildirilib. Qeyd olunub ki, 2018-ci ilin iyun ayı ərzində 439 milyon dollar məbləğində vəsait satılıb.