Əlaqə Arxiv
news Image
2018.09.12
07:00
| A A A
Dollar, avro məzənnəsində dəyişikliklər Azərbaycana təsirsiz ötüşəcək
Vüqar Bayramov: “Xarici borcun azaldılması iqtisadi təhlükəsizliyimiz və valyutanın ölkədə qalaraq daxili məsələlərə xərclənməsi baxımından önəmli və vacibdir”

Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan xarici borcunu getdikcə azaldır. Bəs, xarici borcların azaldılması Azərbaycana hansı üstünlüklər vəd edir? Dünya maliyyə bazarlarınada, valyutaların məzənnələrində baş verən dəyişikliklərin bu fonda Azərbaycana təsirinin minimal həddə enməsini gözləmək olarmı? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, xarici borcun azaldılmasına nail olmaqla iqtisadi təhlükəsizliyin təmin edilmsinə, habelə daha çox valyutanın ölkə daxilində qalmasına nail olacağıq: “Xarici borclar üzrə həcmin azaldılması çox vacibdir. Azərbaycanda dövlət borcunun idarə edilməsi üzrə qəbul edilən strategiyada da xarici borcun tənzimlənməsi və azaldılması əsas prioritetlərdən biridir. 
Təbii ki, 2019-cu il ərzində xarici borcun həcmində artımların olacağı proqnozlaşdırılır. Amma həmin ildən sonra isə xarici borcun həcminin azalacağı gözlənilir. Bu da nəticədə xarici borcun məbləğinin xeyli dərəcədə azalmasına gətirib çıxara bilər. 
Mövcud strategiyaya uyğun olaraq həm xarici borcun ümumi məbləğinin, həm də dövlət büdcəsində xarici borcun ödənilməsilə bağlı nəzərdə tutulan vəsaitin həcminin azaldılması prioritet məsələlərdəndir. Hökumət bununla çalışıq ki, xarici borcun həcmində azalmalara nail olmaq mümkün olsun. 2018-ci idə xarici borcun həcmi 9,7 milyard dollardır.  Gələn il üçün isə 10,1 milyard dolalradək yüksələcək. 2020-ci ildə isə bu həcmdə yenidən azalma olacaq, 9,8 milyard dollara düşəcək.  2025-ci ildə isə xarici borcun həcmini 6,5 milyard  dollaradək azaltmaq nəzərdə tutulur. Bu isə o deməkdir ki, xarici borcun ümumi daxili məhsuldakı(ÜDM) payı 2025-ci ildə indiki 22,8 fazidən 12 faizə qədər azalacaq. Eyni zamanda xarici borcun idarəedilməsilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də növbəti 7 ildə iki dəfəyə yaxın azalacaq. 
Xarici borcun azaldılması iqtisadi təhlükəsizlik  və valyutanın ölkədə qalması baxımından çox önəmli və vacibdir. Çünki burada əsas məqsəd də məhz valyutanın ölkədə qalmasına nail olmağa nail olmaqdan ibarətdir. Xarici borcun həcminin artması xüsusən valyuta məzənnələrində dəyişikiklər olursa, nəticə etibarı ilə bu hal ölkədən valyuta axınını sürətləndirir. Belədə isə əldə edilən valyutanın əhəmiyyətli hissəsi məhz xarici borcun qaytarılmasına yönəldilir. Xarici borcun azalması isə birbaşa imkan verir ki, həm iqtisadi təhlükəsizliyi formalaşdırmaq, valyutanın ölkədə qalmasını təmin etmək,  eyni zamanda dövlət gəlirlərinin xarici borcların qaytarılmasına deyil, daxildə digər məqsədlər üçün istifadə edilməsinə nail olmaq mümkün olsun. Bu baxımdan xarici borcun qaytarılması strateji baxımdan da ölkəmizin maraqlarına cavab verir”. 
V. Bayramovun dediyinə görə, beynəlxalq valyutaların məzənnəsində baş verən dəyişikliyin xarici borcların qaytarılması fonunda ölkəmizə təsirləri daha da minimuma enəcək: “Xarici borcun azaldılması ilə milli valyutanın dayanıqlığını da möhkəmləndirmək mümkündür. Beynəlxalq valyutaların məzənnəsində baş verən dəyişikliyin xarici borclarımıza ancaq dolayı təsirləri var. Prosesə birbaşa təsir göstərən isə ancaq milli valyutamızın məzənnəsidir ki, onun da uzun müddətdir sabit qaldığını müşahidə edirik. O baxımdan xarici borcumuzun azaldılması ilə nəticədə milli valyutanın məzənnəsində dəyişikliklər olarsa, bu tip dəyişikliklə xarici borcun qaytarılmasının ola biləcəyi təsirlərindən sığortalanmış oluruq”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz