Əlaqə Arxiv
news Image
2018.10.09
10:34
| A A A
Kamran Əliyev: Birgə fəaliyyət, məqsəd olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsi olmaz

Korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.

Movqe.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

 

K.Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ümumilikdə yalnız ixtisaslaşmış qurum tərəfindən aparılsa da, bunun daha səmərəli olması üçün digər dövlət qurumları ilə əməkdaşlıq edilməlidir:

“Xəstəlik insan orqanizmi üçün nə qədər zərərlidirsə, korrupsiya da cəmiyyət üçün o qədər zərərlidir. Birgə fəaliyyət, məqsəd olmadan korrupsiyaya qarşı mübarizənin səmərəsi olmaz”.

Trend

Sizin Reklam Yeriniz