Əlaqə Arxiv
news Image
2018.10.12
12:14
| A A A
Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 16 382 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Movqe.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 739 ədəd və yaxud 2,5 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 110 ədədi və yaxud 0,67%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 14 680 ədədi və yaxud 89,61%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 507 ədədi və yaxud 9,2%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 85 ədədi və yaxud 0,52%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 9 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 28 ədəd və yaxud 20,29% azalıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 8 897 ədəd və yaxud 2,54 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 837 ədəd və yaxud 2,25 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 33 ədəd və yaxud 63,46% artıb.

Sizin Reklam Yeriniz