Əlaqə Arxiv
news Image
2018.10.24
07:00
| A A A
Bakı və Aşqabaddan Xəzərdə mühüm layihə
Natiq Cəfərli: “Türkmənistanla Azərbaycanın “Transxəzər”in çəkilməsində ciddi maraqları var” Fuad Rəsulov: “Türkmənistan enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına daşınmasında maraqlıdır”

Azərbaycan və Türkmənistanın  münasibətləri yeni inkişaf dönəminə qədəm qoyur. Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri bunu bir daha təsdiqlədi. 

İqtisadçıların fikrincə, münasibətlərin yaxınlaşması tərərflərin xüsusən Xəzər dənizində əməkdaşlığının genişlənməsinə gətirib çıxaracaq. Bu fonda isə “Transxəzər”in çəkilişinin sürətlənməsi istisna edilmir. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Xəzərin statusu haqqında müqavilə imzalanarkən, xüsusən Azərbaycan Xəzər dənizində kommunikasiya xərtlərinin çəkilməsinin sahilyanı dövlətlərin hüququ olmasını təsdiq etdirdi: “Bu fonda əgər Türkmənistan və Azərbaycan boru kəmərinin çəkilməsinə icazə verərsə, yeganə əngəl kimi ekoloji protokol  qalır. Nəzərə alaq ki, Türkmənistanla Azərbaycanın “Transxəzər”in çəkilməsində ciddi maraqları var. Bu işdə Türkmənistan tərəfinin marağı daha çox olmalıdır. Çünki, Türkmənistan qazının böyük hissəsini Asiya ölkələrinə satmağı düşünür. Ancaq orada qiymətlər Avropa bazarına nisbətən xeyli aşağıdır. O baxımdan TANAP və TAP vasitəsi ilə Türkmənistan qazının Avropaya çıxarılması ona daha baha qaz satmağa imkanlar yaradacaq. Türkmənistan rəhbərliyi də bunu anlayır. Odur ki, bu məsələdə daha çevik addımlar atmağa çalışır. 
Güman ki, yaxın zamanlarda Azərbaycanla Türkmənistan arasında komissiyanın yaradılması, texniki işlərin başlanılması, ekoloji protokol gündəmə gələcək. Bununla da “Transxəzər”in texniki və ekoloji pasportu yaradılacaq. Bundan sonra ekoloji protokolla bağlı ətraf ölkələrin maneələrinin aradan qaldırılması üçün hüquqi baza yaradılacaq. Odur ki, xarici işlər naziri Rəşid Meredovun  ölkəmizə səfərinin böyük əhəmiyyəti var.  Texniki və ekoloji əsaslandırma komissiyasının qurulması bu işlərin daha da sürətlənməsinə səbəb olacaq”.
Enerji məsələləri üzrə ekspert Fuad Rəsulovun da fikrincə, Türkmənistan və Azərbaycan arasında Xəzərdə əməkdaşlığın genişlənməsini gözləmək olar: “Burada qeyri-rəsmi bir amil var.  Orta Asiya ölkələri özləri bir-biri ilə güclü şəkildə rəqabətdədirlər. Birinin nailiyyəti olan kimi digəriləri onu qabaqlamağa çalışırlar.  Bu fonda məkumdur ki, Qazaxıstanın Aktau limanı yenidən təmir olundu. Azərbaycandan Qazaxıstana və əksinə bu liman vasitəsi ilə yüklər daşınır. Belə olan təqdirdə Türkmənistan Qazaxıstanı qabaqlamağa çalışacaq. 
Digər tərəfdən Türkmənistan iqtisadiyyatını inkişaf etdirməkdə xüsusi maraqlıdır. Çünki hazırda onun iqtisadi vəziyyəti yaxşı deyil. Əvəllər elektrik enerjisi pulsuz olsa da, artıq ödənişlidir. Düzdür, Türkmənistanın faktiki olaraq, Asiya ölkələrinə qaz ixrac etmək imkanları var. Eyni zamanda İrana da nəql mümkündür. Lakin İrana qarşı sanksiyalar mövcuddur. Yəni, yalnız İranı düşünmək təhlükəlidir. Ona görə də Türkmənistan enerjinin Azərbaycan üzərindən Avropa bazarlarına daşınmasında maraqlıdır. O baxımdan Türkmənistan Azərbaycaycanla əlaqələrini  genişləndirməkdə maraqlı olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz