Əlaqə Arxiv
news Image
2018.10.24
08:00
| A A A
Azərbaycandan Pakistanın enerji təhlükəsizliyinə mühüm töhfə
Vüqar Bayramov: “Azərbaycanın yalnız Avropanın deyil, həm də strateji müttəfiqi olan ölkələrin enerji təhlükəsizliyinə töhfə verir” Samir Əliyev: “Kredit vermək həmin dövlətə dəstəkdir”

Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır. Bu məsələ, eləcə də Azərbaycan nefti və neft məhsullarının bu ölkəyə tədarükü məsələləri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin pakistanlı rəsmi ilə görüşü zamanı müzakirə olunub. 

Pakistanlı rəsmi isə öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində də əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Ekspertlərin fikrincə, bu əməkdaşlıq hər iki tərəf üçün məqbuldur. Belə ki, Azərbaycan özünə yeni bazar tapırsa, Pakistan da bununla həm ucuz kredit əldə etmiş olur, həm də özünün enerji təhlükəsizliyini təmin edir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Pakistan Azərbaycanın strateji müttəfiqidir: “İki ölkə arasında yalnız siyasi yox, humanitar, iqtisadi və digər sahələrdə əməkdaşlıq var. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycanın yanında olan ölkələrdən biridir. Azərbaycanı qlobal institutlarda dəstəkləyən ölkədir. O baxımdan əməkdaşlığın genişlənidirilməsi iki ölkə arasında strateji əlaqələr baxımından vacibdir. 
Bu, Azərbaycan üçün öz neft məhsullarını fərqli bazarlara çıxarması üçün əhəmiyyətlidir. Nəticə etibarı ilə ölkəyə daxil olan valyutanın həcminə müsbət təsir göstərəcək.  Digər tərəfdən bunun Pakistanın enerji təhlükəsizliyinə töhfə kimi dəyərləndirmək olar. Azərbaycanın yalnız Avropanın deyil, həm də strateji müttəfiqi olan ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bu kontektsdən Pakistan da Azərbaycan üçün vacib ölkələrdən biridir. İki ölkə arasında gələcəkdə əməkdaşlığın gücləndirilməsi imkanları var. Nəticə etibarı iki ölkənin əməkdaşlığının güclənməsi ölkələrə strateji əməkaşlıqdan faydalanlarına  imkanlar yaradacaq”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, kredit vermək həmin dövlətə dəstəkdir: “Lakin Azərbaycan SOCAR-ın timsalında müxtəlif ölkələrdə bazarlar axtarır. Getdikcə arealı artırır. Görünür, bazarlardan biri də Pakistan ola bilər. 
Məlumdur ki, indiki zamanda bazar tapmaq çox çətindir. Transmilli şirkətlər bu bazarları tutub. SOCAR Azərbaycan üçün böyük şirkətdir. Bu, Azərbaycanın ixrac həcmini artıra bilər. Əlbəttə, burada əsas söhbət şərtlərin Azərbaycan üçün sərfəli olmasından gedir. Satdığımız məhsulun münasib olması vacib şərtdir. Bazarlar axtarılmalı, tapılmalıyıq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz