Əlaqə Arxiv
news Image
2018.10.30
15:27
| A A A
Salyan rayonunun daha bir kəndinə qaz verildi (FOTO)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir.

Mogvqe.az-ın Birliyə istinadən verdiyi məlumata görə, oktyabrın 30-da Salyan rayonunun Düzənlik kəndinə təbii qaz verilib.

 

151 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 737 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sizin Reklam Yeriniz