Bu il “Azərişıq” ASC-yə rekord sayda müraciət daxil olub
2018-ci ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə rekord sayda müraciət daxil olub.
Movqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, 2017-ci ildə 140 min müraciət daxil olduğu halda, 2018-ci ildə 203 min müraciət daxil olub: "Müraciətlərdən 3 minə qədəri obyektinin elektrik şəbəkəsinə qoşulmasını istəyən sahibkarlar tərəfindən edilib. Evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək üçün müraciət edənlərin sayı isə 40 minə yaxın olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin əksəriyyəti icra olunub".