Avropa böhranının Azərbaycana təsiri yenidən mübahisəyə səbəb oldu
Samir Əliyev: “Azərbaycna Avropa bazarına investisiya qoymaqda ehtiyatlı olmalıdır”
Ruslan Atakişiyev: “İndiki böhran şəraitində Avropaya investisiyaların qoyulması yaxşı olardı” Avrozonada sürən maliyyə böhranı artıq 5 – ci ilinə qədəm qoyub.
Düzdür, bu illər ərzində böhrandan qurtulmaq üçün müxtəlif xilas
paketləri həyata keçirilib. Amma hazırda başda Yunanıstan olmaqla,
digər böhran yaşayan Avropa ölkələrinin vəziyyətini yaxşı
qiymtləndirmək olmaz. Hətta bəzi iqtisadçılar mövcud böhranın
dərinləşəcəyi və illəri əhatə edəcəyini vurğulayırlar. Bu fonada
isə Azərbaycanın Avropaya sərmayə yatrması, xüsusi ilə burada
daşınmaz əmlak almasına münasibət birmənalı deyil. Üstəlik, bu cür
investisiya yatırımları hələ də davam etməkdədir. Ekspertlərin
məsələyə münasibəti fərqlidir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Avropadakı böhran yaxın 5- 6 ildə davam edəcək: "Yaxın 10 ildə isə böhranın təsirlərini görəcəyik. Amma qorxulusu odur ki, böhran digər ölkələrə də yayılmaqdadır. Düzdür, Avropa büdcə xərclərini azalmaq, vergiləri artırmaq və s. kimi müəyyən addımlar atır. Amma bu gün Avropaya investisiya yatırmaq çox risklidir. Çünki, böhran nəticəsində qiymətlər düşür. Qiymətlərin nə vaxt bərpa olunacağı isə hələlik qeyri – müəyyəndir. Görürük ki, bu böhran özünün ardınca qızılın qiymətini də salıb. Halbuki, hamı bu vaxta qədər qızılı ən etibarlı aktiv hesab edirdi. Ona görə də bugünkü dövrdə Azərbaycna Avropa bazarına investisiya qoymaqda ehtiyatlı olmalıdır. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bankların təxminən yarısı Avropa kapitallıdır. Azərbaycanın Avropa bazarına girməsi o baxımdan faydalı olardı ki, qiymətlərin ucuzlaşması və ucuz alınmış hər hansı əmlakın gələcəkdə fayda verməsi baxımından əlverişli olsun. Amma bu gün bir qədər gözləmək lazımdır. Çünki, hazırda proseslərin hansı istiqamətdə gedəcəyindən tam əminlik yoxdur. Bunu elə ucuzlaşan qızılın timsalında görürük. Ümumiyyətlə, qiymətin düşən anında həmin əmlakın alınması məqsədəuyğun deyil. Gözləmə mövqeyi tutmaq lazımdır ki, bu düşmə sabitləşsin. Ondan sonra qərar qəbul etmək olar".
İqtisadi Resursların Öyrənilməsi
Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə əks fikirdərir: "Bu gün
Avropada hansısa əmlakın əldə olunması ucuz başa gəlir. Bu baxımdan
da belə layihələr mühüm əhəmiyyət kəsb edir. Amma hazırda Avropa
Birliyində böhranın aradan qaldırılması istiqamətində qətiyyətli
addımlar atılır. Xüsusən də hansısa ölkənin böhran yaranan bankında
onu vəziyyətdən çıxarmaqla bağlı Avropa Mərkəzi Bankı müvafiq
siyasət həyata keçirir. O cümlədən, Avropa İttifaqına üzv olan
ölkələrin özlərinin siyasi elitası Avropa Birliyini möhkəmlənməsini
və onun gələcəkdə yaşamasını dəstəkləməkdədirlər. Odur ki, Avropa
Birliyinin yaşaması ilə bağlı olan bu istək böhranın da aradan
qaldırılması istiqamətində məqsədyönlü siyasətin həyata
keçirilməsində iradəni ortaya qoyur. Ona görə də Avropada böhranın
aradan qalxması sürətlənəcək. Ümumiyyətlə, böhranlı vəziyyət tsikli
iqtisadi prosedir. O, böhran, durğunluq, canlanma və yüksəliş
mərhələlərini özündə ehtiva edir. Canlanma dövründə
invensitiyaların yatırılması sonrakı yüksəliş mərhələsində daha çox
gəlirlərin əldə olunmsına şərait yaradır. Ona görə də indiki böhran
şəraitində Avropaya investisiyaların qoyulması, xüsusi ilə də özəl
sektorun iştirakı yaxşı olardı. Çünki, Avropa Birliyində böhrandan
yaranan ucuzluğa görə, hansısa əmlaka sahib oluma və ya investisiya
yatırımı əhəmiyyət kəsb edir".