Əlaqə Arxiv
news Image
2019.03.01
17:06
| A A A
Kənd təsərrüfatı sahəsində standartlara və sertifikatlaşdırmaya dair seminar keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SGS Azeri” MMC-nin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatı məhsullarının ixracı üzrə əkinçilik standartları və sertifikatlaşdırma prosesi” mövzusunda seminar təşkil olunacaq.

Agentlikdən Movqe.az-a verilən məlumata görə, seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, innovativ metodların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinə nail olmaq üçün beynəlxalq norma və tələblər barədə sahibkarların maarifləndirilməsidir.

Tədbirdə müvafiq sahədə təcrübəli yerli və xarici mütəxəssislər tərəfindən toxumçuluğun inkişafı, əkin prosesinin optimallaşdırılması, nəzarət tədbirlərinin keyfiyyətinin yüksəldilməsi, risklərin effektiv idarə edilməsi, beynəlxalq standartlar olan (Global Gap, Bio/Orqanik, İSO) üzrə sertifikatlaşdırma prosesi haqqında ətraflı məlumat veriləcək.

Seminar 6 mart 2019-cu il tarixində, saat 09.00-dan 13.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) keçiriləcəkdir.

Tədbirdə iştirak üçün ödəniş nəzərdə tutulmur.

Seminarda iştirak etmək istəyən sahibkarlar qeydiyyat üçün müraciət edə bilərlər:

KOBİA

Aygün Həsənzadə,

(055) 792-24-26, [email protected]

“SGS Azeri” MMC

Nigar Mahmudova

(050) 286-01-60, [email protected]

Sizin Reklam Yeriniz