Əlaqə Arxiv
news Image
2019.03.28
14:13
| A A A
Nazirlik pambıqçılıq müşavirəsi keçirəcək - RƏSMİ

Bu il kənd təsərrüfatında yüksək məhsuldarlıq gözlənilir. Bu barədə Modern.az –a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. Nazirlik nümayəndəsinin  sözlərinə görə hər il olduğu kimi, bu il də hədəflər yüksəkdir:  

“Demək olar ki, əkinçiliyin bütün sahələrində  artım gözləyirik.  Sovet dövründən fərqli olaraq bizdə hazırda planlı iqtisadiyyat mövcud deyil. Ona görə konkret rəqəm açıqlaya bilmirik. Əkin dövrü yeni başlayıb, 7-8 ay sonra dəqiq olaraq artım bilinəcək. Kənd Təsərrüfatı Nazirliyi mütəmadi olaraq fermerlər arasında maarifləndirmə işi aparır ki, aqrotexniki qaydalara əməl edib, daha çox məhsul əldə etsinlər”.  

V.Hüseynov onu da vurğulayıb ki, bir neçə gün davam edən kəskin hava şəraiti bölgələrdə məhsuldarlığa heç bir ziyan vurmayıb. Mövsümi yağıntıların olması isə  normal haldır.  

Vüqar Hüseynov onu da bildirib ki, mart ayının 29-da Saatlıda pambıqçılığın inkişafına dair müşavirə keçiriləcək və bu sahə üzrə görüləcək işlər, tədbirlər planı mətbuata təqdim olunacaq.

  

Sizin Reklam Yeriniz