Əlaqə Arxiv
news Image
2019.03.30
15:39
| A A A
Azərbaycanın vergi sahəsindəki təcrübəsinı Ukryna maraq göstərir

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi öz nailiyyətlərinin beynəlxalq arenada təbliğində çox fəaldır. Ölkənizin vergi sistemi yeni qlobal və daxili çağırışlara uğurla cavab verir və bir sıra mühüm islahatlar həyata keçirir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən MÖVQE-yə bildirilib ki, bu sözləri Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda Bakıda keçirilmiş forumun iştirakçısı, Ukrayna Dövlət Fiskal Xidmətinin Strateji inkişaf və beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Oksana Stepanenko deyib.

O.Stepanenko beynəlxalq əməkdaşlıq üzrə ekspert kimi, ölkəmizin vergi sahəsində şəffaflığın və informasiya mübadiləsinin beynəlxalq standartlarını tətbiq etmək təcrübəsi ilə maraqlandığını söyləyib: “2016-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qlobal forumu Azərbaycanı "əsasən uyğun" (largely compliant) reytinq balı ilə qiymətləndirib ki, bu da öz növbəsində ölkənizdə vergi sisteminin beynəlxalq standartlara cavab verdiyinin göstəricisidir. Ukrayna vergi sistemi üçün maraqlı sahələr risklərin idarə edilməsi, e-ticarətin vergiyə cəlb olunması, e-audit, KOS-lar üzrə əməletmə strategiyaları, elektron xidmətlər, insan resurslarının idarə edilməsi və kommunikasiyalardır”.

Ekspert əlavə edib ki, bu sahələrin bəziləri barədə təcrübə mübadiləsinin aparılması məqsədilə Vergilər Nazirliyinə məktub göndərilib və Ukrayna nümayəndələrinin səfəri ilə bağlı müsbət cavab alınıb: “Hesab edirəm ki, Ukraynanın Dövlət Fiskal Xidmətinin bəzi praktik təcrübələri də Azərbaycandan olan həmkarlarımız üçün maraqlı və faydalı olacaq”.

Sizin Reklam Yeriniz