Əlaqə Arxiv
news Image
2019.05.01
12:08
| A A A
Nazir Şamaxıda, nazirin birinci müavini Ağsuda vətəndaşlarla görüşəcək

Mayın 3-də saat 12:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinləri, nazirin birinci müavini Əli Abdullayev isə Ağsu rayonunda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Movqe.az-a Nazirlikdən bildirilib.

“Mayın 3-də saat 12:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün: Şamaxı rayonunda 020 2651307, Qobustan rayonunda 020 2452330 nömrəli telefonlara zəng etmələri xahiş olunur”,- məlumatda bildirilib.

Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 3 may tarixində saat 12:30-da Ağsu rayonunda Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək:

“Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:Ağsu rayonunda 020 2264499, İsmayıllı rayonunda 020 2854545nömrəli telefonlara zəng etmələri xahiş olunur”.

Sizin Reklam Yeriniz