Əlaqə Arxiv
news Image
2019.05.07
14:53
| A A A
Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Prezident İlham Əliyevin ötən ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamın icrası istiqamətində işlər davam etdirilir. 

Bu barədə Movqe.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, qurumun İnfrastruktur Departamentinin tabeliyindəki "Əsaslı Təmir" MMC Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir. Artıq Nərimanov stansiyasından Sabunçu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabuncu stansiyasinda 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb. 

Sizin Reklam Yeriniz