Əlaqə Arxiv
news Image
2019.05.14
15:15
| A A A
“Azəriqaz” xidmətlərini Nardaranda Səyyar ASAN xidmətdə göstərməyə başlayıb

Bu gündən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.

“Azəriqaz”dan Movqe.az-a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir.

Bildirilib ki, istehlakçılar bu layihə çərçivəsində sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi,müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər:

"Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır".

Sizin Reklam Yeriniz