Əlaqə Arxiv
news Image
2019.05.21
12:04
| A A A
“Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” 62 MVt güc bərpa edildi
Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atıldı

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində işləri davam etdirir. Qeyd edək ki, ötən ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.

Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt “itirilmiş” güc bərpa edilib. Bununla da “Reabilitasiya Proqramı” çərçivisində “Səngəçal” Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

Qeyd edək ki, “Azərenerji” ASC “Reablitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

Sizin Reklam Yeriniz