Əlaqə Arxiv
news Image
2019.05.29
15:52
| A A A
”Azəriqaz” Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır

"Azəriqaz” İstehsalat Birliyi ötən illərdə olduğu kimi bu ildə qazlaşma işləri rayonlarla yanaşı Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində davam etdirilir.

“Azəriqaz”dan Movqe.az-a verilən məlumata görə, hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xəttləri yeniləri ilə əvəz edilir. Eyni zamanda şəhərin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır.

Ümumilikdə 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6 000metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki,artıq işlərin 85%-i yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.

Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq.

Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.

Sizin Reklam Yeriniz