Əlaqə Arxiv
news Image
2019.06.03
16:31
| A A A
“Azərpoçt” problemli kreditlərlə bağlı bu vaxtadək 62 milyon manatdan çox kompensasiya ödəyib

Problemli kreditlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral tarixli Fərmanı üzrə bank olmayan kredit təşkilatları (BOKT) və bağlanan bankların müştəriləri öz kompensasiya məbləğlərini “Azərpoçt” MMC-dən alırlar. Bu günün statistikasına görə, BOKT və bağlanan bankların müştərilərinə “Azərpoçt” tərəfindən ümumilikdə 62 milyon 940 min 280 manat qəpik ödənilib.

MMC-dən Movqe.az-a bildirilib ki, kompensasiyası 500 manatdan aşağı olan müştərilər 15 milyon 56 min 243 manatı nağd şəkildə, kompensasiyası 500 manatdan yuxarı olan müştərilər isə 47 milyon 884 min 37 manat vəsaiti kart vasitəsilə əldə edib. Kartların və PİN zərflərin regionlarda müştərilərə təqdim edilməsi prosesi mayın 31-dək həyata keçirilib.

Növbəti mərhələdə isə, yəni iyunun 1-dən aidiyyatı üzrə bölgələrdən öz kompensasiyasını gedib almayanlar, kartlarını və PİN zərflərini AZ1144 indeksli, Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzindən əldə etməlidirlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən, “Azərpoçt” MMC-nin icra etdiyi əməliyyat 121 minədək vətəndaşa şamil olunur.

Sizin Reklam Yeriniz