Əlaqə Arxiv
news Image
2019.06.03
16:54
| A A A
“Azəriqaz” bu il çoxmərtəbəli binalardakı 7800-dən çox mənzilə təbii qaz verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan Movqe.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edilib. 

Həmin binalarda ümumilikdə 7 814 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - deyə məlumatda qeyd olunub. 

Sizin Reklam Yeriniz